Slepakov Xameneyi haqqında mahnı oxudu | VİDEO

   Slepakov Xameneyi haqqında mahnı oxudu    | VİDEO
  17 Mart 2026    Oxunub:1726
“Comedy Club”ın keçmiş rezidenti, gitarada ifa etdiyi satirik mahnılarla məşhurlaşan Semyon Slepakov İranın ali dini rəhbəri, ABŞ-İsrail tandemi tərəfindən qətl edilmiş ayətullah Seyid Əli Xamaneyi haqqında mahnı oxuyub. Daha dəqiqi, mahnı Putinin Xameneyi ilə dostluğu baradədir.
Qeyd edək ki, tanınmış ziyalı ailədən olan Slepakov iqtisadiyyat elmləri namizədidir. Ukraynada müharibə başlayandan sonra hərbi əməliyyatların dayandırılması üçün Putinə müraciət edən incəsənət adamlarından olub. Müharibənin əleyhinə çıxış etməsi səbəbindən Rusiyada xarici agentlər siyahısına salınıb. Məhkəməyə müraciət etsə də, qərarı dəyişə bilməyib. Ondan sonra İsrailə köçüb.




Teqlər: Slepakov  



Xəbər lenti